• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2131
— 21.05.2021 18:37

Nazir beynəlxalq ictimaiyyəti Ermənistanı inandırmaqda qətiyyət nümayiş etdirməyə çağırıb

KepezTV Player

Avropa Şurası Nazirlər Komitəsinin 131-ci iclasında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov hələ də Ermənistan tərəfindən 10 noyabr tarixli bəyanatdan və ümumilikdə, beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərinin pozulmasının şahidi olduğumuzu təəssüf ilə qeyd edib. Bu xüsusda, Ermənistanın hələ də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yerləşdirilmiş minaların xəritələrini təqdim etməkdən imtina etməsi, eləcə də Ermənistan 1991-1994-cü illər ərzində Azərbaycana qarşı törətdiyi hərbi təcavüz nəticəsində itkin düşmüş 4000-ə yaxın Azərbaycanlının taleyi barədə məlumatı təqdim etməməsinin ciddi narahatlıq kəsb etdiyi vurğulanıb. Nazir Avropa Şurası da daxil olmaqla, beynəlxalq ictimaiyyəti Ermənistanı revanşıst fəaliyyət və Azərbaycana qarşı olan nifrətdən imtina edərək, davamlı sülh, regional əməkdaşlıq və inkişaf üçün unikal imkandan istifadə etməyə inandırmaqda qətiyyət nümayiş etdirməyə çağırıb.