KepezTV Player
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalq rəssamı Tahir Salahovun vəfatı ilə bağlı nekroloq imzalayıblar. Nekroloq mətnində Tahir Salahovun zəngin yaradıcılığında milli ənənələrlə dünya incəsənətinin ən mütərəqqi dəyərlərinin ahəngdar vəhdətinə nail olduğu və Azərbaycan mədəniyyəti salnaməsinə yeni parlaq səhifələr yazdığı deyilir. Rəssamın əsərlərinin, fərdi sərgilərinin Azərbaycan mədəniyyətinin ölkə hüdudlarından uzaqlarda təbliğində xüsusi əhəmiyyəti olduğu, görkəmli sənətkar, böyük ictimai xadim, əsl ziyalı və səmimi insan Tahir Teymur oğlu Salahovun işıqlı xatirəsinin onu tanıyanların qəlbində daim yaşayacağı qeyd edilir. Allah rəhmət eləsin!
- Baxış: 487