Bu günə xəbərlərin oxunma sayı: 666
—
21.05.2021 15:53
Xudafərin və Qız Qalası su anbarlarında tikinti başa çatıb
KepezTV Player
Yaxın vaxtlarda Xudafərin və Qız Qalası su anbarları istifadəyə veriləcək. Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, hər iki anbarda tikinti işləri başa çatdırılıb və artıq anbarlar istifadəyə hazır vəziyyətdədir. Anbarların su ilə doldurulması təmin olunacaq və Azərbaycan və İran ərazisində birlikdə istifadə olunacaq. Hər iki dövlət üçün anbarlarda suyun bölgüsü bərabər olacaq.
- Baxış: 438
