• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 965
— 21.05.2021 12:00

İctimai çimərliklərdə yay mövsümünə hazırlıq başa çatıb

KepezTV Player

Bakı şəhərinin sahil kənarı ərazilərində yaradılan ictimai çimərliklərdə movsümə hazırlıq işləri başa çatıb. Lazımi təmizlik-abadlıq işləri aparılıb, qış ərzində dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılılıb, digər təmizlik işləri görülüb. COVID-19 pandemiyasının davam etməsi ilə əlaqədar vətəndaşların sağlamlıqlarının qorunması məqsədi ilə çimərliklərdə mövcud epidemioloji vəziyyətə uyğun tədbirlər nəzərdə tutulub. Çimərlik ərazilərində maafirləndirici lövhələr, poster və elanlar yenilənir. Ərazidə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, həmçinin tibb məntəqələri təşkil olunub. Paytaxtda çimərlik mövsümünün başlanmasının vaxtının təyin edilməsi və burada istirahət qaydaları Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və təlimatları əsasında həyata keçirilir.