• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 865
— 21.05.2021 11:57

20 kiloqram narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb

KepezTV Player

Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonu Əmirzeyitli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində sərhəd naryadı tərəfindən içərisində 3 nəfər olan “Niva” markalı avtomobilin əraziyə yaxınlaşması, 2 nəfər şəxsin avtomobildən düşərək özlərini şübhəli aparmaları sərhəd naryadının diqqətini cəlb edilib.Əkin sahəsinə yaxınlaşaraq, oradan bağlama götürüb uzaqlaşmağa cəhd edən şübhəli şəxslər sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılıblar. Bakı şəhər sakinləri Aslan Məmmədov və Ümid Məmmədov olmaları müəyyənləşdirilib. Bağlamaya baxış keçirərkən içərisində 7 kq 700 qram tiryək, 984 qram heroin aşkarlanıb. Hadisə yerində olan avtomobilin sürücüsünün İmişli sakini Coşqun İsmayılov olması müəyyən edilib.