KepezTV Player
Peyvəndlərin müxtəlif ölkələrdən gətirilməsinin birinci səbəbi əhaliyə seçim imkanının verilməsidir. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Sputnik V vaksininin tətbiqi ilə ölkəmizdə 3 vaksinin istifadə edilməsindən danışarkən belə deyib. Bildirib ki, hər bir vətəndaş xəstəliyə yoluxmadan orqanizmində anticismlərin yaranmasını təmin edə bilməlidir. Azərbaycanın Rusiyadan aldığı “Sputnik V” vaksininin ilk partiyası - 40 min doza mayın 2-də ölkəyə gətirilib.
- Baxış: 309