• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 692
— 18.05.2021 20:38

Sürücü və sərnişinlər reyd zamanı maarifləndiriliblər

KepezTV Player

Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma idarəsinin əməkdaşları sərnişin daşıyan nəqliyyat vastələrində xüsusi karantin rejimi qaydalarına necə əməl olunduğunu yoxlayıblar. Reyd zamanı sürücü və sərnişinlər təlimatlandırılaraq onlara maskalar paylanıb. Həmçinin avtobuslarda xüsusi kateqoriyalı sərnişinlər üçün olan yerlərə xatırladıcı vasitələr da yapışdırılıb.

Pandemiyya ilə əlaqədar olaraq maskadan istifadə edin. Tibbi məhlulunuza nəzarət edin. Vətəndaşların ara məsafəsini gözləyin. Əks halda buna əməl etməsəniz xətdən kənarlaşdıracaqsız.

Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma idarəsinin əməkdalarının reydi zamanı avtobuslarda şəffaf arakəsmələrin olub-olmaması, sərnişinlərin pandemiyanın diktə etdiyi qaydalara əməl olunmaqla əyləşmələri, nəqliyyat vasitələrində dezinfeksiyaedici vasitələrin yerləşdirilməsi yoxlanılıb. Sürücülər və sərnişinlərlə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq maarifləndirici söhbərlər edilib.

Sizə xəbərdarlıq edirik buyurun buda tibbi maska istifadə edin. Bu məsələ ilə bağlı daşıyıcı şirəkətə aktlaşdırılıb məlumat veriləcəkdir. Bu son xəbərdarlıqdır. Əgər növbədi dəfə əməkdaşlarımız tərəfindən sizin tibbi maskadan istifadə edilməməsi aşkar edilsə artıq inzibati tənbeh görüləcəkdir.

Zaur Bağırov  sürücü: Ara kəsmə var. Matorda yanımda isti idi ona görə çıxardım. İnnən belə taxaram.

Ruslan Paşayev  Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin hüquqşünası:Pandemiyya dövrü ilə əlaqədar olaraq idarəmiz tərəfindən davamlı olaraq manitoriqinlər keçilir. Manitorinq zamanı aşkar edilmiş noqsanlar əsasən tibbi maskadan etməyən sürücülərə və sərnişinlərə  zəruri hallarda idarəmiz tərəfindən pulsuz olaraq tibbi maskalar təqdim olunur. Əgər bir sürücü bu nöqsanı ikinci dəfə təkrar edərsə artıq həmin sürücü haqqında hüquqi müstəvidə tədbir görülür və həmin sürücü xətdən kənarlaşdırılır.

Reyd zamanı avtobuslarda fiziki imkanları məhdud, uşaqlı analar üçün nəzədə tutulan oturacaqlara xatırladıcı vasitələr yapışdırılıb. Qoyulan tələblərə sürücülərin əməl etməsi tövsiyyə olunub.

Yoldaş sürücü burada maarifləndirici materiallar yapışdırdıq. Məktəbə qədər, yaşlı, uşaqlı sərnişinlər, hamilə qadınlar və əlilliyi olan şəxslər üçün sürücünün arxa tərəfi təhlükəsiz olduğu üçün bu yerlər ayrılıb. Xahiş edirik bu katoqoriyadan olan sərnişinlərin həmin yerlərdə əyləşməsini təmin edəsiniz.

Ruslan Paşayev  Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin hüquqşünası:Sərnişin daşıyan avtobusların salonun qabaq hissəində məktəbə qədər, yaşlı, uşaqlı sərnişinlər, hamilə qadınlar və əlilliyi olan şəxslər üçün xüsusi oturacaq yerləri ayrılıb. Həmin oturacaq yerləri xüsusi işarələrlə işarələnib. Sürücülərə həmin qeyd olunmuş şəxslər tərəfindən oturacaqların istifadəsinə rahatcılıq üçün təlimatlar verilib. Sürücülərdə verilmiş təlimatlara əsasən həmin şərnişinləri qeyd olunmuş oturacaqlardan istifadəsini təmin edirlər. Bu prosesə idarəmizin əməkdaşları tərəfindən nəzarət edilir.

Gəncədə gün ərzində xəttə buraxılan 210 avtobusun deznfeksiya edildiyi də bildirilib.

Elnur Vahidoğlu