Şəhər Təhsil İdarəsinin təşəbbüsü ilə isə Gəncə məktəbliləri Mir Cəlal Paşayevin ev muzeyində olublar. 70-ə yaxın şagird Azərbaycanın yazarın elmi-ədəbi irsi ilə tanış olublar. Ədəbiyyatşünaslığın incisi hesab edilən bir çox əsərlərin müəllifinin qələmə aldığı əsərləri dinləyərək onun yaşayıb-yaratdığı məkanla tanış olublar. Yazıçının yaradıcılığı ilə bağlı yaranan suallar bələdçilər tərəfindən cavablandırılıb.
İradə İbayeva Mir Cəlal Paşayev ev muzeyinin direktoru: Çox sevindirici haldır ki, bu gün səhərdən bizim muzeyimizi ziyarət edənlərin sayı çoxdur. 16 nömrəli məktəbin yuxarı sinif şagirdləri, 4 nömrəli, 2 nömrəli məktəbin şagirdləri ziyarətə gəliblər. Arzu edərdim ki, tək muzeylər günü yox bu bizdə davamlı olsun. Fürsətdən istifadə edib bütün muzey kolleqalarımı bu gün münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzu edirəm.
- Baxış: 384