• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1249
— 17.05.2021 15:55

Dmanisidəki hadisələrlə bağlı saxlanılanlar var

KepezTV Player

"Dmanisidə ötən gün baş vermiş insidentlə bağlı olaraq bir neçə şəxs saxlanılıb". Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qriqol Liluaşvili məlumat verib. DTX rəisi istinaq tədbirlərinin davam etdirildiyini bildirib. Rayonda hazırkı vəziyyətin sakit olduğunu və tərəflərlə müvafiq işlərin aparıldığını əlavə edib. **Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri isə məsələ ilə bağlı jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanlılarla gürcülər əsrlər boyu birgə yaşayıblar və qardaş xalqlardır. Nazir vurğulayıb ki, rayonda baş vermiş xoşagəlməz hadisə millətlərarası qarşıdurmaya keçməməlidir: "Etnik azərbaycanlılar ilk növbədə, bizim vətəndaşlarımızdır, Azərbaycan isə Gürcüstanın strateji tərəfdaşı, müttəfiqi, qonşusu və dostudur.Dmanisidəki hadisələri etnik zəmində qarşıdurma kimi təqdim edərək problemi şişirtməyə çalışanlar var. Biz buna imkan verməyəcəyik", - deyə Qomelauri qeyd edib.