KepezTV Player
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsi saxlayıblar. Polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində marixuanın alqı-satqısı ilə məşğul olan Hindarx qəsəbə sakini Sadiq Gözəlov tutulub. Onun yaşadığı ünvana baxış keçirilən zaman 3 kiloqramdan artıq marixuana və 10 qramdan artıq çətənə bitkisinin toxumları aşkar edilərək götürülüb. Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.
- Baxış: 723