Bakı Hərbi Məhkəməsində Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmənin baxış iclası mayın 25-nə təyin edilib. Livan vətəndaşı Abraham və qeyriləri maddi mükafat müqabilində muzdlu kimi mütəşəkkil dəstə halında birləşib Ermənistan Silahlı Qüvvələri tərkibində Azərbaycan vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri faktları əsasında ittiham olunur. Müəyyən edilib ki, o, 2500 ABŞ dolları məbləğində maddi mükafat müqabilində muzdlu kimi Azərbaycanın işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmək təklifini qəbul edib və bu məqsədlə digər muzdluların da olduğu ərazilərə gəlib. Törətdiyi cinayət əməllərinə görə Viken Eulcekciana Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
- Baxış: 961