• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1255
— 15.05.2021 20:29

Qazax sakinində narkotik aşkarlanıb

KepezTV Player

Qazax sakini narkotiklə tutulub. Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən rayon sakini Nadir Bayramov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan torbada narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Maddi sübut ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.