• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 900
— 15.05.2021 20:33

Dayı və bacıoğlu adam oğurluğuna görə tutuldu

KepezTV Player

Şirvanda adam oğurluğu səbəbindən axtarışda olan şəxslər saxlanılıblar. Tutulanlar özündən 30 yaş kiçik qızı qaçıran və sonradan ona bıçaq xəsarətləri yetirən keçmiş məhkum, eləcə də onun bacısı oğludur.

3 ay əvvəl  2 bacını bıçaqlayan və adam oğurluğunda ittiham olunan dayı və onun bacısı oğlu yaxalanıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini, 58 yaşlı Eyvaz Nəzərov  Xırdalan şəhəri ərazisində, bacısı oğlu Cəlilabad rayon sakini, 33 yaşlı İmran Hüseynov Bakı şəhəri ərazisində saxlanılaraq Şirvan polis şöbəsinin İstintaq Bölməsinə təhvil verilib.

Eyvaz Nəzərov cari ilin fevral ayında bacısı oğlu İmran Hüseynov və tanışı Rahil Manafov ilə qabaqcadan əlbir olaraq Şirvan şəhəri ərazisində baş vermiş adam oğurluğu hadisəsini törədib.Hacıqabul rayon sakini olan sonuncu cinayət hadisəsinin törədilməsindən bir müddət sonra tutularaq məsuliyyətə cəlb olunub.

Qeyd edək ki, Eyvaz Nəzərov qonşuları Şəhla Qasımovanı və onun bacısı İlahə Qasımovanı bıçaqlayıb, daha sonra isə hadisə yerindən qaçaraq hüquq-mühafizə orqanlarından gizlənməyə müvəffəq olub. Hadisə zamanı yaralanan hər iki bacı Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib, daha iki nəfər isə münaqişə zamanı əlindən yüngül bıçaq xəsarətləri alıb. Eyvaz Nəzərov hadisə baş verməzdən əvvəl Şəhla Qasımovanı Cəlilabad rayonuna qaçırıb. Qaçırılan 28 yaşlı qız ondan qurtulamq üçün  ailəsi ilə görüşmək bəhanəsi ilə Eyvazın müşayəti ilə evlərinə gəlib, elə həmin anda Şəhlanın ailəsi ilə baş verən qarşıdurmada bacılar və daha 2 nəfər müxtəlif dərəcəli bıçaq xəsarətləri alıblar.