• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1409
— 15.05.2021 20:37

Qardaşlardan biri şəhid, ikisi qazi

KepezTV Player

Bir ailənin 4 oğlundan üçü vətən müharibəsində torpaqlarımızın azad edilməsi üçün silaha sarılaraq döyüşlərə atılıb. Düşmənə sarsıdıcı zərbələr vuran bu qardaşlardan biri ən ali zirvəyə ucalaraq şəhid olub, iki qardaş isə qazi olub. İndi qəhrəman qardaşları yaxından tanıyacağıq.

Gəncə şəhər sakini Surxay Bayramovun 3 oğlu ikinci Qarabağ müharibəsində döyüşə yollanıb. Əvəz, Orxan və Sərxan qardaşları ayrı-ayrı hərbi hissələrdə xidmət etsələr də onların ürəklərində bir arzu olub. Torpaqlarıpmızın ərazi bütövlüyünü təmin edib işğala son qotmaq. Qardaşlardan ortancılı olan Orxan Cəbrayıl və Füzuli uğrunda gedən döyüşlərdə əsil qəhrəmanlıq göstərir. Qorxmazlığı ilə həmişə öndə olan Orxan düşməni məhv edib, ona ağır zərbələr vurub. Qızğın gedən döyüşlərin birində isə Orxan Bayramov ən ali zirvəyə - şəhadətə ucalır.

Surxay Bayramov  şəhidin atası: Mənim oğlum çox vətənpərvər oğlan idi. Dedi ata vətən üçün xidmətə gedirəm. Getdi qismət şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün şəhidlərimizin valideyinlərinin qarşısında baş əyirəm. Zəng edirdi deyirdi ki, ata hər şey yaxşıdı. Allah qoysa qələbəni çalacağıq, qələbə bizimlədir. Axşam danışdıq səhər anası ilə yenə danışdı. İki günə şəhid xəbəri gəldi. Azərbaycan torpağında yaşayırıq, Azərbaycan çörəyini yeyirik. Azərbaycan torpağını da sevməliyik. 3 oğlumun Sərxan və Orxan iksi müharibədə idi. Əvəz isə hərbi hissədə ehtiyata saxlayırdılar. Dövlət tərəfindən bizə qayğı göstərilir. Fəxri fərman, medal verilib. Cənab prezident, Mehriban xanım qayğı göstərir, çox sağ olsunlar.

Vətən müharibəsininin iştirakçısı olan Sərxan qardaşının şəhid olması xəbərini ön cəbhədə vuruşarkən eşidib. Düşmənə sarsıdıcı zərbələr vuran Sərxan qardaşının heyfini aldığını deyir. İndi isə 3 qardaşın uğrunda vuruşduğu torpaqlarımızın azad edilməsindən fəxr və qürur hissi keçirir.

Sərxan Bayramov  şəhidin qardaşı: Murovda olmuşam, onnan sonrada böyük qardaşımı aparıblar onu hərbi hissədə saxlayıblar. Sonrada balaca qardaşımı çağırıblar. Xəbər gəldi ki. Qardaşım şəhid olub. Əhval ruhiyyə yaxşı idi, heç elə bir müharibə yox bizə elə gəlirdi ki, təlim idi. Əsgərlərimizdə, zabitlərimizdə çox gözəl əhval ruhiyyədə idi. Mən fəxr edirəm ki, qardaşım şəhiddir, özüm qaziyəm. Atam da sağ olsun ki, bu xalq, millət üçün belə övladlar yetişdirib. Fəxr edirəm ki, gedib vuruşub torpaqlarımızı almışıq.

Şəhid Orxan Bayramov dövlət tərəfindən Füzulinin, Cəbrayılın azad olunmasına görə medalları və fəxri diploma layiq görülüb. Böyük qardaş Əvəz isə yenə də N saylı hərbi hissədə xidmətini davam etdirir.

Elnur Vahidoğlu