• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1407
— 15.05.2021 20:33

Ermənistan ordusunda vəziyyət getdikcə gərginləşir

KepezTV Player

Ermənistanın İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsində meyiti qarajda asılmış vəziyyətdə aşkarlanmış hərbi qulluqçunun ölüm faktı üzrə cinayət işi qaldırılıb.Bu barədə Ermənistan mətbuatı xəbər verir.İstintaq Komitəsinin mətbuat xidməti bildirib ki, hərbi qulluqçu Roman Baqdasaryan mayın 13-ü yerli vaxtla saat 23:00-da hərbi hissənin özbaşına tərk edib və evə qayıdıb.Mayın 14-də səhər saatlarında ailə üzvləri əsgərin qarajda asılmış meyitini aşkarlayıblar.Fakt üzrə cinayət işi açılıb, hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi üçün istintaq hərəkətləri və operativ-axtarış tədbirlərinə başlanılıb.

Ümumiyyətlə, son günlər Ermənistan hərbi hissələrində komandir-əsgər münasibətlərində gərginlik pik həddə çatıb. Son 3 ayda 8 intihar hadisəsi baş verib. Qafandakı hərbi hissədə vəziyyət o həddə çatıb ki, əsgərlər komandirlərin əmrlərinə tabe olmayaraq aclıq aksiyası elan ediblər. Əsgər valideynlərinin Qafandakı hərbi hissəyə daxil olmağa cəhd göstərməsi toqquşmaya səbəb olub.