• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1680
— 15.05.2021 20:30

Azad olunmuş ərazilərdə yeni hərbi hissələr açılıb

KepezTV Player

Müdafiə naziri general-polkovnik Zakir Həsənov azad olunmuş ərazilərdə yerləşən yeni hərbi hissələrin açılışında iştirak edib.Müasir avadanlıq, mebel və inventarlarla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət bu komplekslər hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını tam təmin edir. Bu hərbi hissələrdə silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb. Şəxsi heyətin döyüş hazırlığının səviyyəsini yoxlayan nazir döyüş qabiliyyətinin artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub. Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən Zakir Həsənov xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu qiymətli hədiyyələrlə təltif edib. Şəxsi heyətlə birgə nahar edib. İndiyədək azad olunmuş ərazilərdə müxtəlif istiqamətlərdə 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib.