• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2228
— 14.05.2021 19:00

Ucqar dağ kəndlərinin elektrik təsərrüfatı yenilənir

KepezTV Player

Əhalinin fasiləsiz elektrik enerjisi ilə təchizatı üçün "Azərişıq" ASC regionlarda yenidənqurma işlərini davam etdirir. Bu çərçivədə Şəmkir rayonunun 4 min abonentin yaşadığı 8 ucqar kəndinin elektrik təsərrüfatı tamamilə yenilənir. Görülən bu işləri isə sakinlər təbii olaraq razılıqla qarşılayırlar.

Şəmkir rayonunun ucqar dağ kəndlərində istismar müddətini başa vuran elektrik dirəkləri və xətlərinin yenilənməsinə mart ayının əvvəlindən başlanılıb. Rayon mərkəzindən 18 km aralıda yerləşən Qaraqoyunlu kəndində artıq köhnə dirəklərin yeniləri ilə əvəzlənməsi prosesi başa çatır. Sip kabelləşmə aparılır, yeni sayğaclar qoyulur. Görülən işlər sakinlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasına hesablanıb.

Bura Şəmkir rayonun Aşağı Çaykən kəndidir. Bu kənddə təxminən 50-ə yaxın ailə yaşıyır. Kənd rayon mərkəzindən 32 km aralıda yerləşir. Görülən işlər çərçivəsində bu kəndin də elektrik təsərrüfatı tamami ilə yenilənir.

İstismar müddətini başa vurmuş elektrik xətləri yeni müasir tipli kabellərlə əvəzlənir. Həmçinin yeni dəmir dayaqlar basdırılır.

Ümumilikdə Şəmkir rayonunun 8 dağ kəndində istismar müddətini başa vurmuş köhnə dayaqların yerinə 2350 ədəd metal, 170 ədəd dəmir-beton dayaq basdırılıb. Həmçinin uzunluğu 40 km-ə yaxın olan kabellər çəkilib.

Şəmkirdə mövcud olan 56 min abonentə gün ərzində təxminən 1 milyon 200 min kilovat-saatdan artıq elektrik enerjisi verilir. Rayonun elektrik təsərrüfatının təxminən 35 faizi tamamilə yenilənib.

Elnur Vahidoğlu