• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1484
— 14.05.2021 20:08

Qələbə günü doğularaq qələbədə pay sahibi olan şəhid

KepezTV Player

Vətən müharibəsi təqvimində şəhidlik zirvəsinə ucalan igidlərimizdən daha biri ilə tanış olacağıq. 9 may faşizm üzərində qələbə günü doğulan Sərxan Məmmədov barədə danışacağıq. 2-ci Qarabağ müharibəsində qələbəmizə töhvə verənlərdən olan qəhrəman barədə sujetimizdə məlumat verəcəyik.

Daşkəsən rayonunun Qabaqtəpə kəndində anadan olan Sərxan 27 sentyabr müharibə başladığı gün hərbi xidmətdə olub. Beyləqanda N saylı hərbi hissədə həqiqi hərbi qulluqçu kimi vətənin keşiyində dayanan işğal altındakı ərazilərin azadlığı üçün döyüş əməliyyatlarına qatılır. Uğurlu döyüş yolu keçərək bir sıra ərazilərin alınmasında rol oynayan Sərxan Məmmədov noyabrın əvvəlində, hərbi xidmətini başa vurmağa 2 ay qalmış Xocavənd rayonunda tapşırıq yerinə yetirərkən düşmən gülləsinə tuş gəlir və qəhrəmancasına şəhid olur. 9 may onun anadan olduğu gündür. Şəhidimiz yaşasaydı 21 yaşı olacaqdı.

Sərxan Məmmədovun uşaqlıqdan hərbiyə böyük həvəsi olub. Ən böyük arzusu isə.

Hər zamanda müharibə haqda düşünən, vətənpərvərliyi ilə seçilən Sərxan Məmmədovun ermənilərə qarşı xüsusi nifrəti var idi. Onun taxtadan düzəltdiyi silah nifrətinin bariz nümunəsidir.

Dəşkəsənli şəhid ölümündən sonra ölkə prezidentinin sərəncamları ilə iki mükafata layiq görülüb. Sərxan Məmmədov “Vətən uğrunda” və “Xocavəndin işğaldan azad olunmasına görə” medalları ilə təltif edilib.