• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1499
— 14.05.2021 19:18

Əfqanıstan prezidenti İlham Əliyevə zəng edib

KepezTV Player

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə telefonla zəng edib. Əfqanıstan Prezidenti dövlətimizin başçısını və Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib, firavanlıq arzularını çatdırıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Əfqanıstan Prezidentinə minnətdarlığını bildirib və öz növbəsində Məhəmməd Əşrəf Qanini və Əfqanıstan xalqını Ramazan bayramı münasibətilə təbrik edərək sülh və əmin-amanlıq arzulayıb. Əfqanıstan Prezidenti Azərbaycanın ölkəsinə verdiyi dəstəyə görə bir daha dövlətimizin başçısına təşəkkür edib. Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan müharibəsi dövründə Əfqanıstanın Azərbaycana göstərdiyi dəstəyə görə Məhəmməd Əşrəf Qaniyə bir daha minnətdarlıq ifadə edib.