• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1726
— 13.05.2021 20:44

Ramazan bayramında Uşaq Evinin sakinləri ziyarət edilib

KepezTV Player

Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Türkiyənin Gəncədəki baş konsulu Ramazan bayramı münasibətilə Gəncə Uşaq Evini ziyarət edib. Uşaq Evinin sakinlərinə bayram təbrikləri çatdırılıb, onlara gələcək həyatlarında uğurlar arzulanıb. Burada hazırda 4 qrupda 3-18 yaş arası 65 uşaq var. Tədbir çərçivəsində balacalar dahi Nizami Gəncəvinin "Xeyir və Şər", "İsgəndərnamə" əsərlərindən səhnəciklər nümayiş etdiriblər. Onların bu çıxışları böyük maraqla qarşılanıb. Gəncə Uşaq Evinin sakinləri üçün bayram süfrəsi açılıb, hədiyyələr təqdim edilib.

Zeki Öztürk Türkiyənin Gəncədəki Baş konsulu: Bütün şəhidlərimizə rəhmət diləyirəm. Bu bayramı pandemiya olmasına baxmıyaraq Qarabağ zəfəri ilə bizim üçün başqa bir anlamdadır. Daha böyük coşqu ilə qeyd edirik. İnşallah gələn illərdə bayramları pandemiyyadan ayrılmış şəkildə daha böyük coşqu ilə bizlərə nəsib etsin Yenə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Azərbaycan xalqımızın və Türkiyədəki qardaşlarımızın və dünyadakı bütün müsalmanların bayramını təbrik edirəm.

Nazilə İsmayılova  Gəncə Uşaq Evinin direktoru: Bayramda ən çox uşaqlar ziyarət olunur. Bu gündə demək olar ki, ənənə halını alıbdır. Belə tədbirlər bütün bayramlarda olur. Kimsəsiz uşaqlar həmişə rəhbərlik tərəfindən ziyartə edilir.

Elşad Məmmədov  Gəncə Uşaq Evinin sakini: Bizə tez-tez gəlib baş çəkirlər. Sağ olsunlar dərin təşəkkürümüzü bildiririk.

Günay Vəliyeva Gəncə Uşaq Evinin sakini : Gəncə uşaq evində yaşıyıram. 17 yaşım var. Bu gün hamıya minnətdaram. Bizi tək qoymadılar, bayramı bizimlə keçirdilər. Nizaminin İsgəndərnamə əsərində İsgəndərin Nüşabə ilə tanışlığını oynadım. Burada mən Nüşabə idim. Bu mənim üçün sevincdir.)</span>)