• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1618
— 12.05.2021 19:37

Novbar meyvə və tərəvəzlər

KepezTV Player

Artıq 10 gündən çoxdur ki, Gəncənin bazarlarında novbar meyvə və tərəvəzlərin satışına başlanılıb. Alça, çiyələk, gilas, xiyar, pomidor, badımcan, bibər, kartof və digər məhsulları piştaxtalarda görmək mümkündür. Kifayət qədər alıcısı da olan meyvə və tərəvəzlərin qiymətini isə indi təqdim edəcəyimiz sujetdən öyrənəcəyik. İzləyək.

Mayın əvvəlindən başlayaraq bazarlarda alıcılara əsasən yerli və ətraf rayonlarda yetişdirilən novbar məhsullar təklif edilir. Alıcılar daha çox alça və çiyələk almağa üstünlük verirlər. Piştaxta arxasında dayanan satıcılar alıcı sarıdan korluq çəkmədiklərini deyirlər.

Alıcılar da qiymətlərdən razılıq edirlər.

Satıcılar novbar məhsulların bundan sonra da bol olacağı, qiymətlərdə heç bir bahalaşma olmayacağı qənaətindədirlər. Əksinə meyvə və tərəvəzlər daha ucuz qiymətə təklif edilə bilər.

Elnur Vahidoğlu