• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1682
— 12.05.2021 19:33

Astma ilə mübarizə aparmağın yolları

KepezTV Player

Ümumdünya Astma ilə Mübarizə Günü Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə hər il may ayında keçirilir. Əsas məqsəd ictimaiyyətin diqqətini astma ilə xəstələnmənin artması probleminə cəlb etmək, ondan əziyyət çəkənlərə göstərilən köməyin keyfiyyətini yüksəltmək və bu barədə insanları məlumatlandırmaqdır.

Son illər astma ən geniş yayılmış xəstəliklər sırasında dayanır. Astma öskürək, boğulma, tənginəfəslik, xışıltı ilə keçən alergik prosesdir. Dünya əhalisinin 5 % -ni əhatə edən astmadan, 350 milyondan çox insan əziyyət çəkir. İstənilən yaşda yarana bilən bronxial astma xəstəliyinə uşaqlar daha çox meyillidirlər.

Hər il 250 mindən çox insanın bu xəstəlikdən həyatını itirdiyini düşünsək, astmaya biganə yanaşmamağın vacibliyini vurğulamaq olar. Aparılan araşdırmalara görə, ölkəmizdə 18 yaşdan yuxarı insanlar arasında bronxial astmadan əziyyət çəkənlərin sayı əhalinin 7 faizinə bərabərdir.

Astma xəstəliyindən qorxmaq deyil, onu müalicə etdirmək lazımdır. Ancaq zamanında...

Həkimlərin məsləhətlərini dinləsək və özümüzü qorusaq bir çox xəstəlikləri asanlıqla dəf edə bilərik.

Aişə Rzayeva