• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1681
— 12.05.2021 15:15

Mehriban Əliyeva Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada olublar. Səfər çərçivəsində yeni məscidin təməli qoyulub. Məscidin memarlığı 8 noyabr gününü əks etdirəcək. Həm yuxarıdan baxanda 8 rəqəmini görmək mümkün olacaq, həm də aşağıdan baxanda. Məscidin iki minarəsi 11 rəqəmini əks etdirəcək. Onbirinci ayda Şuşa və Qarabağ tam işğaldan azad edildi. Daha sonra dövlət başçısı və ailə üzvləri Şuşada “Xan qızı” bulağında olublar. Prezident bildirib ki, Natəvan bulağından yenə su gəlir. Bulaq bərpa edilib və yenə də Şuşa sakinlərinin, qonaqların sərəncamına veriləcək. Mənfur düşmən bütün bulaqları qurutmuşdu. Bu da onu göstərir ki, Şuşa həmişə ermənilər üçün yad şəhər olub. İndi isə Şuşa dirçəlir.