• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 692
— 11.05.2021 20:34

Bütün vacib məsələlərin həllinin əsas şərti hərbi münaqişənin dayandırılmasıdır

KepezTV Player

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb. Nazirlərin təkbətək görüşündən sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib. Nazirlər ikitərəfli gündəlikdə duran bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini müzakirə ediblər. Ceyhun Bayramov mətbuat konfransında bildirilib ki, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirib və ərazi bütövlüyünü bərpa edib. Bütün vacib məsələlərin həllinin əsas şərti hərbi münaqişənin dayandırılmasıdır. Konfransda üçtərəfli bəyanatların həyata keçirilməsinə əngəl olan məsələlər ətrafında geniş müzakirələr aparılıb.