• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2220
— 10.05.2021 19:14

Vətənin cəsur oğlu Kamil Məmmədov

KepezTV Player

Vətən müharibəsi bizim üçün bir imtahanı oldu. Xalqımız rəşadətli ali baş komandanı və müzəffər ordusu sayəsində bu imtahandan üzüağ çıxdı. Azadlığının sevincini yaşadığımız Vətən torpağının hər qarışına şəhid qanı qarışdı. Ömrünü ölkəsinə fəda edən qəhrəmanımız - Kamil Məmmədovdan danışacağıq.

Vətən müharibəsinə yollananda 24 yaşındaydı Kamil Məmmədov. Hərbi xidmətini 2018-ci ildə başa vursa da, torpaqlarımızın düşmən əlində olması hər bir igid Vətən oğlu kimi Kamili də narahat edirdi. 44 günlük müharibə başlayanda o da əlinə silah alıb düşmənlə mübarizəyə başlayır. Son nəfəsini verdiyi noyabrın 9-dək xalqımızın haqq savaşında mücadiləsini davam etdirir.

Vətən müharibəsində Məmmədovlar ailəsinin iki oğlu iştirak edib. Kamil və Ramilin döyüş yolu da eyni istiqamətdən keçib. Biri şəhid olub, digəri qazi. Qələbə xəbərini ailəsinə qardaşı ilə birlikdə çatdırmağı arzulayan Ramil Məmmədov bu arzusuna çata bilməsə də, qardaşının ən ali zirvəyə ucalmasıyla iftixar edir.

İgid oğulları ilə fəxr edən atanın indi tək arzusu uğrunda Kamilin canından, Ramilin sağlamlığından keçdiyi o müqəddəs torpaqları ziyarət etməkdir.

Vətənin cəsur oğlu Kamil Məmmədov ölümündən sonra “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” və“ Vətən uğrunda” medalları ilə təltif olunub. Qardaşı Ramilin şücaəti isə “Xocavəndin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə qiymətləndirilib.