• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2219
— 10.05.2021 19:06

Heydər Əliyev obrazını əbədiləşdirən heykəltaraş-rəssam

KepezTV Player

Əməkdar rəssam Şərif Şərifov yaradıcılığı dövründə bütün mövzularda əsərlər yaradıb, ölkə daxilində və hüdudlarından kənarda sərgilənib, sevilib. Ancaq onun zehin məhsulunun əsas mövzusu, daha dəqiqi obrazı ulu öndər Heydər Əliyev olub. Ümummilli liderlə ilk dəfə Şuşada görüşən və bundan ilham alan Şərif Şərifov daha sonra bu tarixi şəxsiyyət barədə 10-a yaxın obraz yaradaraq əbədiləşdirib.

Əməkdar rəssam həmişə ümummilli lider Heydər Əliyevi yaradıcılığında klassik obrazda dayanan heykəl vicudunda görüb. Məhz elə bunun üçün də ulu öndərin özünün bir abidə olduğunu yaradıcılığında əks etdirib. Onun obrazı heykəltaraşın ilham mənbəyi olub. O həmişə dahi şəxsiyyətə baxıb ondan ilhama gələrək onun obrazını yaradıb. Ona görə də onun bir neçə variantda əsərlərini beyin məhsulu olaraq formalaşdırıb. Ən çox da onun dayanan, baxan, xalq içində olan rəhbər obrazlarını ərsəyə gətirib. Bu obrazlar lokanik və aydın obrazlar olub. Heydər Əliyevlə dəfələrlə görüşən əməkdar rəssamın təmasları sırasındaən yadda qalanı və unudulmazı 1982-ci ilin yanvarında Şuşada olub.

Ulu öndərlə istər Sovet dövründə, istərsə də müstəqillik illərində baş tutan görüşlərini xoş xatirlərlə dilə gətirən Şərif Şərifov yenə də yaradıcılığında tarixi şəxsiyyət Heydər Əliyev obrazına və Qarabağ mövzusuna müraciət etməyi planlaşdırır.

Elnur Vahidoğlu