• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1266
— 10.05.2021 17:02

Ulu öndərin xatirəsinə ağaclar əkilib

KepezTV Player

Şəmkir rayonunda da Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib. İctimayyət nümayəndələri müasir müstəqil dövlətimizin memarı və qurucusunun abidəsi önünə gül dəstələri qoyaraq ruhuna ehtiram nümayiş etdiriblər. Dahi şəxsiyyətin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar baş tutan növbəti ağacəkmə kampaniyasıda isə Şəhidlər Xiyabanının ərazisi yaşıllaşdırılıb. Yerli iqlim şəraitinə uyğun əkilən müxtəlif ağac növlərinin suvarılması təmin edilib, ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırılıb. Ekoloji tarazlığın bərpası məqsədi ilə keçirilən aksiya tək rayon mərkəzini deyil bütün kənd və qəsəbələri əhatə edib.