• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1965
— 10.05.2021 17:25

Sosial-strateji obyeklərlə tanışlıq olub

KepezTV Player

Prezident İlham Əliyev bu gün Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edən dövlət başçısı Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında və Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak edib. Naxçıvan Qarnizonu Mərkəzi Hospitalını istifadəyə verən ali baş komandan Naxçıvan şəhərində “ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə maraqlanıb, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialında yaradılan şəraitlə tanış olub. Prezident İlham Əliyevin iştirakı ilə Naxçıvanda Süni Mayalanma Mərkəzi istifadəyə verilib, Culfa-Ordubad magistral avtomobil yolunun açılışı baş tutub. Ordubadda tikilməkdə olan Su Elektrik Stansiyası barədə də Prezident İlham Əliyevə məlumat verilib. Ordubad dəmir yolu stansiyasında görülən işlərlə tanışlıq olub. “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışında iştirak edən dövlət başçısı bildirib ki, bu gün Naxçıvanda olmağının, səbəbi var. "Tarixi Zəfərdən sonra Ulu Öndərin birinci doğum günüdür və bu gün mən mütləq Ulu Öndərin Vətənində olmalı idim - deyən prezident həmçinin vurğulayıb ki, bu qələbə nəqliyyat dəhlizinin açılması hesabına Naxçıvan Muxtar Respublikasının 30 illik blokadasına son qoyacaq.