• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2276
— 10.05.2021 17:50

Ümummilli liderin anadan olmasının 98-ci ildönümüdür

KepezTV Player

Bu gün xalqımızın xilaskar oğlu, ümummilli lider Heydər Əliyevin anadan olmasından 98 il ötür. Bütün mənalı ömrü boyu qüdrətli Azərbaycan yaratmaq uğrunda çalışan dahi liderin xidmətləri sayəsində dövlətçilik, azərbaycançılıq, dünyəvilik, müasirlik kimi ideyalar cəmiyyətin dünyagörüşü sisteminin ayrılmaz hissəsinə çevrilib. Müasir Azərbaycanın mövcudluğunun və inkişafının ideya əsasını təşkil edən ümummilli lider öz fəaliyyəti ilə vətənpərvər cəmiyyət formalaşdırmaq kimi tarixi missiyanın öhdəsindən uğurla gəlib. Ulu öndərin anadan olmasının 98-ci ildönümü münasibətilə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər, xatirəsini ehtiramla anıblar. 

Sonra dövlət başçısı və xanımı Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoyublar. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzdülər.