• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1786
— 09.05.2021 18:45

18 yaşlı qız dayısı tərəfindən qətlə yetirildi

KepezTV Player

Göyçay rayonu Bığır kənd sakini, 18 yaşlı Fatimə Məmmədova dayısı, Bığır kənd sakini, 32 yaşlı Vüqar Bədəlov tərəfindən boğularaq qətlə yetirilib. Qətli törədən Vüqar Bədəlov saxlanılıb. Qızın anası, 41 yaşlı Gülnarə Məmmədovanın övladının meyitini görərək komaya düşdüyü və bu səbəbdən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.Qətl hadisəsindən sonra qızın dayısı Vüqar Bədəlov evində dəm qazından zəhərlənmə hadisəsinin baş verməsi barədə yalan məlumat uyduraraq kömək məqsədilə evə çağırdığı təcili tibbi yardım stansiyasının həkimlərinə bilərəkdən səhv məlumat verib, hər iki şəxsin dəm qazından zəhərləndiyini bildirib. Məhkəmə tibbi ekspertiza və istintaq araşdırması zamanı qızın boğularaq öldürüldüyü məlum olub. Fatimə Məmmədovanın bir dəfə nişanlı olduğu, sonradan başqa bir oğlana qoşularaq Bakıya getdiyi və yenidən evə qayıtdığı, bu səbəbdən qətl hadisəsinin törədildiyi bildirilir.Faktla bağlı araşdırma aparılır.