• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2057
— 09.05.2021 19:49

Qələbənin 76-cı ildönümü münasibətilə Şuşada tədbir

KepezTV Player

Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən xalqımızın igid oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının müstəsna xidmətlərindən, Azərbaycanın milli atıcı diviziyalarının tarixi və şanlı döyüş yolu barədə ətraflı məlumat verilib.Hərbi orkestr müharibə illərinin mahnı və hərbi marşlarını ifa edib.Mərasim şəxsi heyətin şəhərdə təntənəli keçidi ilə başa çatıb.