• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1771
— 08.05.2021 20:32

"Uşaqların parta arxasında oturması vacibdir"

KepezTV Player

Təhsil Nazirliyi Kollegiyasının qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində mayın 17-dən əyani tədris forması qismən bərpa ediləcək. Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib ki, dərslərin bitməsinə bir ay qalsa da, bu,böyük müddətdir və bundan faydalanmaq lazımdır.Nazirin sözlərinə görə, ənənəvi tədrisin mayın 17-dən əvvəl bərpa olunması mümkün deyildi. "Mayın ilk günlərində ibtidailərin tətili var idi. Sonra da Ramazan bayramı ilə əlaqədar uzunmüddətti qeyri-iş günləri olacaq. Ona görə də ən uğurlu müddət mayın 17-dən sonra idi” - deyə nazir vurğulayıb.

Müəllimlərin sertifikasiyası payızda keçirilə bilər

"Yaxın 3 ayda müəllimlərin sertifikasiyasının keçirilməsi nəzərdə tutulmur". Təhsil naziri Emin Əmrullayev bildirib ki, pandemiyaya görə qeyri-müəyyənlik var. "Amma bu il hansısa qrup üzrə sertifikasiyanın keçirilməsinə ümid edirik. Payız aylarında olmasını nəzərdə tuturuq. Sertifikasiya qəfil ola bilməz, əvvəldən məlumat verilməlidir. Bunlar pandemiya ilə bağlıdır, olmasaydı, bəlkə də proses artıq başlamışdı" - deyə Emin Əmrullayev əlavə edib.