• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1762
— 08.05.2021 20:38

Müharibə iştirakçılarına birdəfəlik maddi yardım ödənilib

KepezTV Player

Prezident İlham Əliyevin sərəncamına əsasən, İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım ödənişi təmin edilib.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, ümumilikdə 5648 şəxsə birdəfəlik maddi yardım verilib.Onlardan İkinci Dünya müharibəsi iştirakçıları olan 159 şəxsin hər birinə 1500 manat məbləğində birdəfəlik maddi yardım ödənilib. Bu kateqoriyadan olan digər 5489 nəfərin hər biri isə 750 manat məbləğində birdəfəlik maddi yardımla təmin olunub.