• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2171
— 08.05.2021 22:53

Azad edilən ərazilərdə daha 6 hərbi hissə istifadəyə veriləcək

KepezTV Player

Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunan his­səsində sərhəd zastavalarının fəaliyyəti bərpa edilib. Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə sərhəd-döyüş məntəqələri yaradılıb. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev deyib ki, son 2 ay ərzində bu istiqamətlərdə 10 yeni hərbi hissə xidməti-döyüş fəaliy­yətinə başlayıb.May ayının sonunadək daha 6 hərbi hissənin təmir-tikinti işləri başa çatdırılacaq.