• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1918
— 08.05.2021 22:50

Əziz Şuşa, sən azadsan!

KepezTV Player

Otuz ilə yaxın idi ki, hər birimiz Şuşanın azad olunmasını səbirsizliklə gözləyirdik. Nəhayət, bu həsrətə Prezident İlham Əliyevin uzaqgörən, müdrik siyasəti, Azərbaycan Ordusunun rəşadəti və şəhidlərimizin qanı bahasına son qoyuldu. Artıq Şuşamız azaddır. 29 ildən sonra ilk dəfədir ki, 8 may tarixini acı və həsrətlə qeyd etmirik.8 may - Şuşanın işğal günü kimi Azərbaycanın tarixi yaddaşında həkk olunmayacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi “Şuşa sən azadsan” və artıq “Şuşa sən bizimsən”. Bu gün artıq Şuşamız əmin əllərdədir”.