• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1558
— 08.05.2021 17:23

"Şuşa bizimdir! Qarabağ Azərbaycandır!"

KepezTV Player

Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa ilə bağlı paylaşım edib. Mehriban Əliyevanın İnstaqram hesabında yer alan mətndə "Həsrət və qüssə dolu uzun illərdən sonra 8 may tarixi bizim üçün tamamilə başqa məna kəsb edib. Bu gün Şuşa azaddır!" - deyilir. "Ali Baş Komandanın rəhbərliyi ilə düşməni sarsıdan və Azərbaycanın ərazi bütövlüyünü bərpa edən rəşadətli əsgər və zabitlərimizin, Silahlı Qüvvələrimizin mərdliyi, iradəsi və ruh yüksəksliyi qarşısında baş əyirik. Vətən naminə həlak olmuş bütün şəhidlərimizin nurlu xatirəsini ehtiramla yad edirəm! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!" -Birinci xanımın sosial şəbəkə hesabında belə yazılıb.