• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 718
— 07.05.2021 19:50

Gələcəyin müəllimlərinə peşənin sirləri aşılanıb

KepezTV Player

Azərbaycanın Gənclər Pyataxtı seçilən Göygöldə silsilə tədbirlər, layihələrin reallaşdırılması davam edir. “Bizim müəllim” layihəsi də bu tipdəndir. Pandemiyya qaydalarına uyğun olaraq reallaşan tədbirdə indiyə kimi ucqar kəndlərdə işləyən 5 fəal gənc müəllimin həyat yolu, təcrübələri gələcəyin pedaqoqlarına aşılanır.

Göygöl Gəncləri üçün İnkişaf və Kariyera Mərkəzində təşkil edilən “Bizim müəllim” layihəsi çərçivəsində görüş rayonun Almədətli kənd orta məktəbinin müəllimi Nuranə Qasımova ilə oldu. 3 ildir tarixi şagirdlərə aşılayan pedaqoq müəllimlərin işə qəbulunda və diaqnostik qiymətləndirmədə ən yüksək nəticə göstərib. Gənc müəllimə qazandığı uğurların sirləri, müəllimlik kimi ali bir peşənin üstünlüyündən gələcəyin müəllimlərinə danışıb. Bununla müəllim olmq istəyənlərə stimul verməklə onlara şagirdlərlə necə işləməyin yollarını da izah edib.

Fevral ayından indiyə kimi Göygöl rayonunda gənclərin bilik və bacarığının nümayişi və onların vaxtlarının səmərəli təşkili baxımından 10-a yaxın müxtəlif cür tədbir və layihələr həyata keçirilib.

Gələcəyin müəllimləri onları maraqlandıran mövzular ətrafında gənc pedaqoqla  fikir mübadiləsi də apardılar. Bu layihə ilə bərabər "Bizim həkim", "Gənc idmançı", "Uğur sənsən" adlı layihələrin də təşkili nəzərdə tutulur. Ümumilikdə ilin sonuna kimi Gənclər Pyataxtında 40-a yaxın tədbir və layihənin reallaşdırılması planlaşdırılır.

Elnur Vahidoğlu