• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 903
— 07.05.2021 19:17

Prezidentin "BBC"yə müsahibəsi sosial şəbəkələrdə rezonans doğurub

KepezTV Player

Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı noyabr ayında BBC-yə verdiyi müsahibə "Twitter"də 3 milyon baxış sayını keçib. 85 mindən çox insan tərəfindən bəyənilən paylaşıma 3 minə qədər şərh gəlib. 33 minə qədər insan isə videonu öz profilində paylaşıb. 44 günlük  müharibə dövründə Prezident İlham Əliyev 30-a yaxın müsahibə verib. Dövlət başçısı bütün müsahibələrində Azərbaycanın beynəlxalq hüquqa hörmətlə yanaşdığını, ədaləti müdafiə etdiyini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdiyini dəfələrlə dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Bu baxımdan, Prezident İlham Əliyevin 3 milyondan çox izlənilən müsahibəsinin xüsusi əhəmiyyəti var. İndiyə qədər Azərbaycanla bağlı heç bir müsahibə, çıxış beynəlxalq arenada bu qədər izlənilməyib.