• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2130
— 07.05.2021 15:28

Bölgələrdə DOST mərkəzləri nə vaxt açılacaq?

KepezTV Player

“Hazırda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesi gedir. Təmizlənmə prosesi başa çatandan sonra bütün qurumlar öz fəaliyyətini bərpa etməyə başlayacaq”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində “Sosial saat” verilişində çıxış edən DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev deyib ki, bununla bağlı dövlətin böyük planı var. Həmin plana uyğun olaraq Cəbrayıl və ya Füzuli rayonlarının ərazisində böyük DOST regional mərkəzinin yaradılması, həmçinin də Şuşa şəhərində DOST filialının açılması nəzərdə tutulub.