• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1146
— 07.05.2021 15:09

Memorial Kompleks və Zəfər Muzeyi bir neçə hissədən ibarət olacaq

KepezTV Player

“Vətən müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin konsepsiyası yerli və xarici ekspertlərin iştirakı ilə hazırlanıb və aidiyyəti üzrə təqdim edilib. Hazırlanmış konsepsiya layihəsi Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi ilə nəticələnmiş, tarixə qızıl hərflərlə yazılmış möhtəşəm qələbəni hərtərəfli şəkildə nümayiş etdirən müasir mərkəz kimi təşkil olunmasına imkan verəcək”. Mədəniyyət Nazirliyindən bildirilib ki, muzeyin konsepsiyasının “Tarixi həqiqətlər zalı”, “Dəmir yumruq əməliyyatı”, “Şuşanın alınması” döyüş dioraması, “Torpaq, uğrunda ölən varsa – Vətəndir”, “Xatirə zalı” və “Böyük qayıdış” hissələrindən ibarət olması təklif olunur. Hazırda Mədəniyyət Nazirliyi tərəfindən Vətən müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin fondunun zənginləşdirilməsi məqsədilə lazımi materialların toplanılması işi davam etdirilir.