• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2067
— 07.05.2021 11:43

Azərbaycanın Ro-Pax tipli gəmi-bərəsi ilk səfərinə çıxıb

KepezTV Player

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"-nə məxsus Ro-Pax tipli "Azərbaycan" gəmi-bərəsi bu gün Qazaxıstanın Kurık limanına ilk səfərinə çıxıb. Daimi heyəti 25 nəfərdən ibarət unikal gəminin uzunluğu 154,50 metr, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metrdir. Yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyükdür və 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir.“Azərbaycan” gəmi-bərəsinin “Şərq-Qərb” nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə verəcəyi proqnozlaşdırılır.