• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2256
— 07.05.2021 12:02

Şuşaya yeni su kəmərinin tikintisinə başlanılıb

KepezTV Player

Şuşada magistral su kəmərinin bir hissəsinin tikintisinə başlanılıb.Zəfər yolunun keçdiyi ərazilər və Şuşa şəhərinin girişində elektrik yarımstansiyasının tikintisi ilə əlaqədar işlərin yubanmaması üçün həmin ərazidə təxirəsalınmaz tədbirlər görülür. Layihəyə Kiçik Kirs və Zarslı mənbələrində yenidənqurma işlərinin aparılması, Şuşa şəhərini qidalandıran işğaldan əvvəl tikilmiş 10 km uzunluğunda Kiçik Kirs-Şuşa su xəttinin tamamilə yenidən çəkilməsi, suqəbuledici kameranın, Şuşa şəhərində 6 km-lik paylayıcı şəbəkənin yenidən qurulması və həcmi 500 kubmetr olan 3 su anbarının tikintisi daxildir. İşlər bu il ərzində icra olunacaq. Növbəti mərhələdə həm içməli, həm də tullantı su təmizləyici qurğular tikiləcək.

Hadrut qəsəbəsi isə artıq içməli su ilə təmin edilib. Artıq orada olan hərbi hospital və mülki binalara "Azərsu" ASC tərəfindən 24 saat fasiləsiz su verilir. Yeni məskunlaşma olan və hərbçilərin yaşadığı binalarda təftiş aparılıb. Qış aylarında donmaların olmaması üçün tədbirlər görülüb.