• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1349
— 07.05.2021 09:44

Lavrov "Qarabağda vəziyyət normallaşıb"

KepezTV Player

Ötən gün nəzərlər İrəvanda idi - Rusiyanın xarici işlər naziri Sergey Lavrovun  Ermənistana səfərində. Rusiyalı nazir ermənistanlı həmkarı və sabiq baş nazir Nikol Paşinyanla bir araya gəlib.

"Qarabağda vəziyyət normallaşıb". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ara Ayvazyanla görüşün yekunlarına dair birgə mətbuat konfransında deyib. Bildirib ki, Rusiya sülhməramlı qüvvələri bölgədə əhəmiyyətli olmayan insidentləri operativ və səmərəli şəkildə nizamlayır. O, Rusiya, Azərbaycan, Ermənistan Baş nazir müavinlərinin rəhbərliyi ilə regionda iqtisadi əlaqələrin, nəqliyyat yollarının açılması ilə məşğul olan işçi qrupun vəziyyətin sabitləşməsinə mühüm töhfələr verdiyini bildirib.

Qarabağda dinc həyatın təmin olunması üçün həyata keçirilən proseslərin siyasiləşdirilməməli olduğunu deyən Lavrov bildirib ki, proses onsuz da kifayət qədər çətin gedir. Çünki hazırda regionda birləşdirici marşrutların təşkili, təmas xətti məsələsi, sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri həll olunur.