• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1049
— 06.05.2021 22:26

Vətəndaşlara psixoloji yardım göstərilməsi davam edir

KepezTV Player

Müharibə nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlara psixoloji yardım göstərilməsi davam edir. Ötən müddət ərzində ümumilikdə 1700 nəfərə yaxın Vətən müharibəsi iştirakçısı, qazi, şəhid ailəsi üzvü və erməni terrorundan zərər görmüş digər şəxslərə, o cümlədən 140-a yaxınuşaq və yeniyetməyə 3600-dən artıq seans psixoloji yardım göstərilib.Türkiyədən dəvət olunan peşəkar klinik-psixoloq və psixoterapevtlər, həmçinin Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən hazırda psixoloji yardım işi Bakı şəhəri və şimal-qərb bölgəsini əhatə etməklə Qəbələ şəhərində davam etdirilir. Bundan əvvəl Gəncə, Bərdə və Lənkəran şəhərlərində də FHN tərəfindən psixoloji yardım xidməti həyata keçirilib.