• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2066
— 06.05.2021 22:25

Səbinə Əliyeva beynəlxalq təşkilatlara məktub göndərib

KepezTV Player

Ombudsman Səbinə Əliyeva Ermənistan ombudsmanının regionda sülh quruculuğuna zərbə olan fəaliyyəti haqqında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Başele və Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçə məktub ünvanlayıb. Səbinə Əliyeva Başele və Miyatoviçi Ermənistan Ombudsmanına, fəal vətəndaş cəmiyyəti institutlarına milli ədavəti qızışdıran, iki millət arasında nifrət hissini artıran bəyanatlara artıq son qoymaq, sülh şəraitində birgə yaşayışın yenidən bərpa edilməsinə yönələn fəaliyyət göstərmələri üçün çağırış etməyə səsləyib.