• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2002
— 06.05.2021 22:15

131 uşağa vaksinasiyaya cəlb edilib

KepezTV Player

Peyvəndləmədən kənarda qalan 6 yaşa kimi olan uşaqların vaksinasiyası başa çatıb. Bu proses çərçivəsində  Gəncədə ümumilikdə 131 uşaq peyvənd edilib. Hazırda isə təyin olunan qarfiklə poliknikalarda peyvənd vaxtı çatan uşaqların 11 virusa qarşı vaksinasiyası aparılır.

Həkimlərin fikrincə anadan olan uşaq vaxtlı-vaxtında peyvənd olunarsa onun xəstəliyə qarşı immutenti yüksək olur, xəstəliyə tutulma ehtimalı 90 faiz azalır. Məhz elə buna görə peyvəndləmədən kənarda qalan yaşa kimi uşaqlar vaksinasiyaya cəlb edilib. Gəncədə də peyvənd dərmanlarının siyahısı tərtib edilərək azyaşlılara vurulub.

Çinarə Məmmədova  valideyn: Bir valideyn kimi həkimlərə minnətdarlığımı bildirirəm. Övladımı peyvəndə gətirmişdim. Peyvəndini vurdurduq. 5 aylıqdır virusa qarşı peyvəndə gətirmişdim. Çox sağ olsunlar razıyıq.

Aynur Şahbazova  valideyn: 1 yaş 4 aylıqdır. Viruslara qarşı peyvınd vurdular. Minnətdarlığımı bilddirirəm, həkimlər sağ olsun vurdular.

Hər ay şəhərdə müxtəlif xəstəliklərə qarşı 300-ə qədər uşaq peyvənd edilir. Poliklinikalarda reallaşan bu proses uşaq doğulandan 6 yaşına qədər aparılır.

Svetlana Qəribova  1 saylı Uşaq Poliklinikasının peyvənd vaksinatoru: Səhiyyə Nazirliyi tərəfindən təşkil olunmuş immuzasiya həftəsində uşaqlar peyvəndə gəlir. Peyvənddən kənarda qalan uşaqlara peyvənd vururuq. Peyvənd vurdurmağa gələndə həkim yanına gətirilir, həkim baxışından sonra peyvənd otağına gətirilərək peyvənd vurulur. Dərmanları da GEM-dən alırıq və həmin dərmanlardan istifadə edirik.

Gəncədə ərazilər üzrə  5  poliklinika, 3 uşaq xəstəxanasının pediatrik şöbələri fəaliyyət göstərir. Uşaqların valideynlərinə vaksinasiya ilə əlaqədar peyvənd pasportu da verilir. Bu pasportda uşağın 6 yaşa kimi 11 xəstliyə qarşı peyvəndin vurulma tarixi ardıcıllıqla yazılır.

Elnur Vahidoğlu