• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1947
— 06.05.2021 17:09

Magistraturaya 2-ci cəhdin sənəd qəbulu davam edir

KepezTV Player

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat davam edir. Proses aprelin 30-dan başlayıb və mayın 8-dək internet vasitəsi ilə aparılacaq. Fevralda keçirilən qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına 50 manat əlavə edib DİM-in saytında qeydiyyatdan keçməlidirlər. İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da eyni məbləği ödəməklə imtahana yazıla bilərlər. Magistraturaya qəbul imtahanı bakalavrların məntiqi təfəkkürünün, informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.

Nəsimi Məmmədov DİM-in Gəncə Regional Bölməsinin müdiri: 2- ci cəhdin imtahanı DİM tərəfindən may ayının 26- sı keçirilməsi nəzərdə tutulubdu. Bakalavrlarda bilirsiz ki, qruplar üzrədir, burda ixtisas qrupları və keçid müsabiqə şərtləri vardır. Belə ki, təhsil ixtisasa qrupları üzrə 100 baldan 40 bal toplayan bakalavrlar və eləcə də humanitar ixtisas qrupları üzrə 50  bal, kənd təsərüfatı ixtisasları və qabiliyyət tələb edən ixtisas qrupları üzrə 30  bal və iqtisadiyyat ixtisası qrupları üzrə 45 baldan yuxarı bal toplayan bakalavrlar ixtisasa seçimi mərhələsinə buraxılacaqlar. Və ötən ilki ildə bakalavrlar hansıki xüsusi qabiliyyət tələb edən bakalavrlarla magistraturanın ikinci mərhələsinə xüsusi qabiliyyət tələb edən ixtisaslardan qabiliyyət imtahanı götürülməmişdir. Ancaq bu il 2021- ci ildə hansıki xüsusi qabiliyyət tələb edən ixtisaslar var ki, həmin ixtisaslarda bakalavrlar, müsabiqə şərtini ödəyən bakalavrlar qabiliyyət imtahanı qeydiyyatından keçəcək və növbəti qabiliyyət imtahanını verdikdən sonra ixtisas seçimi mərhələsinə buraxılacaq. Qabiliyyət imtahanının keçid müsabiqə şərtinin balları isə Təhsil Nazirliyi DİM tərəfindən razılaşdırılmış şəkildə həyata keçirilib və elan olunacaq.