KepezTV Player
Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı tədbir keçirib. Ümumilikdə 31 nəfər saxlanılaraq Polis İdarəsinə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılıb, 19 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndəriliblər.
- Baxış: 739