• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 908
— 06.05.2021 12:32

BMT Baş Assambleyasının prezidenti “erməni soyqırımı” iddialarına cavab verib

KepezTV Player

“Bir hadisəni soyqırımı adlandırmaq üçün səlahiyyətli beynəlxalq məhkəmənin qərarı olmalıdır”. Bunu BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır qondarma “erməni soyqırımı” iddialarına cavab olaraq bildirib.BMT-nin 1948-ci ildə qəbul etdiyi “Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiya”da soyqırımın bir cinayət kimi tanındığını xatırladan V.Bozkır qeyd edib ki, bu cinayət səlahiyyətli beynəlxalq məhkəmə orqanı tərəfindən təyin edilməli, yeni bir hadisəni soyqırım olaraq qəbul etmək üçün məhkəmə qərarı olmalıdır: “BMT-nin soyqırımın nə olması ilə bağlı mövqeyi də adıçəkilən konvensiya ilə uyğunluq təşkil edir və qurum rəsmiləri tərəfindən də dəfələrlə təkrarlanıb”.