• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2130
— 05.05.2021 19:54

İgidliyi ilə xatirələrdə əbədi yaşayacaq qəhrəman

KepezTV Player

Ötən il oktyabrın 17-də Gəncə raket atəşinə tutulanda, bir xəbər yaralarımıza su səpdi. Prezidentimizin “Füzuli bizimdir” deməsi yaşadığımız agrı-acını unutdurdu. Bu gün isə Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhramanımızı - Elşən Dünyamalıyevi sizə tanıdacağıq.

Dünyamalıyev Elşən Mübariz oğlu 6 aprel 1997-ci ildə Gəncə şəhərində anadan olub. 2012-ci ildə Gəncə şəhər 21 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirib, 3 nömrəli Peşə liseyində təhsil alıb. 2019-cu ildən isə hərb sənətinin sirlərini öyrənməyə başlayıb. Tarixə “4 günlük müharibə” kimi düşən 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olan Dünyamalıyev Vətən müharibəsində də torpaqların azadlığı uğrunda mərdliklə mübarizə aparıb. Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib.

Elşən Dünyamalıyevin atası Mübariz bəy birinci Qarabağ döyüşlərinin iştirakçısı olub. Bu gün oğlu ilə fəxr edən ata 10 noyabrda yaşadığı sevinci bizimlə paylaşır.

Elşən Dünyamalıyev ailədə, dostlarının arasında ən çox sevilən, xüsusi hörmət edilən insan idi. Ölümündən sonra qardaşının həyat yoldaşı Jalənin yuxusuna gəlir və çox sevdiyi qardaşı balalarını ona tapşırır.

Elşən Dünyamalıyevin qəhrəmanlığı “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” mellarına layiq görülüb. Məzarında rahat uyu şəhidim, canından keçdiyin torpaqlar yağı düşməndən təmizləndi.

Nərgiz Əhmədqızı